“ÇAP MƏHSULLARI üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı” — ƏFLATUN AMAŞOV

“Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”

Milli Məclisin dünən keçirilən plenar iclasında çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilib.

AzerTaym.az xəbər verir ki, bu təklifi Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən  Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.

Deputat deyib ki,  Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil, lakin çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olar:

“Verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Mən təhsil sahəsinə ayrılan vəsaitin artırılmasını da vacib sayıram. Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi