Azərbaycanda 86 oğlana Zəhra adı qoyulub... - Şok siyahı

Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan adı qoyulub.

 Azərtaym.az report.az-a istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda 4201 kişiyə və 8 qadına Həsən adı verilib. İki qız uşağına isə Həsanağa adı qoyulub.

Eləcə də, son beş ildə 760 qadına, 7 kişiyə Aygün, 172 kişiyə, 4 qadına Səxavət, 288 kişiyə və 3 qadına Ədalət, 2802 kişiyə və 25 qadına Nurlan, 454 kişiyə və 4 qadına Rövşən, 13 902 kişiyə, 23 qadına Hüseyn, eyni zamanda, daha 23 qadına Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib.

Qeyd edək ki, son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.

P.S Adın məna və məzmununa diqqət edin. Ola bilər, ad sözün quruluş və tələffüzü baxımından gözəl olsun, amma bir mənası olmasın. Övladınız böyüyəndən sonra sizdən mütləq öz adının mənasını soruşacaq. Adının mənasını başqaları da ondan soruşacaqlar. Əgər onun adı mənasız olsa, o, valideynlərindən gileylənəcək.

Uşağın adının mənası pis olanda isə problem neçə qat artır. Həmin vaxt uşaq özündə həqarət hiss edir.Uşağa bir neçə cür yazıla və oxuna bilən çətin və uzun adlar qoymaqdan çəkinin. 

Əziz ailələrə tövsiyə edirik ki, uşağa ad qoyanda diqqətli olsunlar. Uşağın valideynin boynunda olan haqlarından biri valideynin onun üçün gözəl və yaxşı mənası olan ad seçməsidir.Unutmayın ki,hər iki dünyada adımızla çagrılaçagıq.






Fikirlər