QURANDA ADI ÇƏKİLƏN yeganə ədviyyat

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəssüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.

Zəncəfil mədə bağırsağın hərəkətini artırır, bədəndən köpü çıxardır, mədə-bağırsaq ağrılarında çox faydalıdır.

Zəncəfil həmçinin həzmin ağır getməsində faydalıdır, iştahaçıcıdır, ürəkbulanma zamanı zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanı qarşısını alır, hətta hamilə qadınlar zəncəfildən istifadə edə bilərlər.

Zəncəfil cinsi istəksizlikdə (zəiflikdə) faydalı olmaqla yanaşı həm də spermanın miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırıb məcun hazırlanılır və istifadə edilir.

Zəncəfil bədənində, əlində və ayağında soyuqluq olanlar üçün əsl şəfadır. Zəncəfil bədəndə qan dolaşımını artırır bununla da bütün iltihabı xəstəliklərin müalicəsində çox faydalıdır.

Zəncəfil revmatizm xəstəliyində də faydalıdır.

Zəncəfil çox yaxşı təbii ağrıkəsicidir. Beynimizə gedən qanın miqdarını artırır, skleroz, Alshaymer kimi xəstəliklərin əvvəlcədən baş verməsinin qarşısını alır, insanın hafizəsini və əzbərləməsini dərinləşdirir.

Zəncəfil həmçinin yaddaşsızlıq ve diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstəliyi üçün faydalıdır, bəlğəmin tərkibini durulaşdırır. Soyuqdəymələr və boğazgəlməsi üçün faydalıdır, çünki çox yaxşı tərlədicidir.

Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə edə bilərsiniz.

AzerTam.az






Fikirlər