“TURAZ Şahinləri” – Türkiyəyə yola düşüb

turaz2

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq “TURAZ Şahini – 2016″ təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib.

İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcəkdir.
Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.  

 

 






Fikirlər