03.02.2014. - Farmakoloji şirkətlərlə əməkdaşlıq edən həkimlər cəzalanacaqlar

03.02.2014. -  Farmakoloji şirkətlərlə əməkdaşlıq edən həkimlər cəzalanacaqlar BİZ DƏ YOX,RUSİYADA!
Bu ildən etibarən rusiyalı həkimlər, aptek işçiləri farmakoloji şirkətlərlə əməkdaşlıq etməyəcək, həmin şirkətlərin hesabına xarici ölkələrdə istirahətə getməyəcəklər.
AzerTaym.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Səhiyyəyə Nəzarət idarəsinin rəis əvəzi Mixail Muraşko bildirib.
"İndi konkret istehsalçıya məxsus bu və ya digər ticarət nişanı olan dərman məhsullarının yazılmasına görə, mükafatlandırma qanunla qadağan olunur. Tibb işçilərinin farmakoloji şirkətlər tərəfindən maliyyələşdirilən mədəni-əyləncəli tədbirlərdə iştirakı, istirahət və konfranslara göndərilməsi də qadağan olunur", - o əlavə edib.
Həmin qanunun pozulmasına görə cərimə 3 min rubldan 5 min rubla qədərdir. Tibb müəssisələrinin rəhbərlərinin cəriməsi isə 5 min rubldan 10 min rubla qədərdir. Bu cür halların təkrarlanması cərimə ilə yanaşı, həmin şəxsin 6 ay müddətində səhiyyə sistemindən kənarlaşdırılması ilə nəticələnəcək.






Fikirlər