Əsgəri öldürüb CİYƏRİNİ yeyəni məhv etdilər - VİDEO

Əsgəri öldürüb ciyərini yeyəni məhv etdilər

Suriyada üç il əvvəl prezident Bəşər Əsədə sadiq qoşunlardan birinin əsgərini öldürəndən sonra onun ciyərini kəsib çıxaran və yeməyə başlayan manyak məhv olunub.

"Əl Qaida" terror təşkilatının Suriyadakı bölməsi olan "Cəbhət ən Nüsra"nın mənsubu olan, "Əbu Səkkar" kimi tanınan Xalid Həmid Suriyanın Latakiya vilayətində aparılan döyüşlərdə öldürülüb.

Suriyanın hakimiyyət dairələri Əbu Səkkarın ordu birləşmələrinin hücumlarından birində öldürüldüyünü xəbər versə də, müxalifətçilərin dediklərinə görə, Əbu Səkkarı "Cəbhət ən Nüsra"dan olan rəqibləri güllələyiblər.

Əbu Səkkar Suriyanın silahlı müxalifət dəstələrini birləşdirən "Suriya Azad Ordusu"nun tərkibindəki "Fəruq briqadaları"nın komandirlərindən biri idi.

2013-cü ildə suriyalı əsgəri öldürüb onun ciyərini kəsib çıxaran və yeməyə başlayan Əbu Səkkar kameraya baxaraq qışqırmışdı: "And olsun Allaha ki, ürəklərinizi və ciyərlərinizi çıxarıb yeyəcəyik - köpək Əsədin əsgərləri!"//milliaz

  






Fikirlər