BAŞBUGDAN ETİRAF: "Ərdoğan olmasaydı..."

Rəcəb Tayyib Ərdoğandan başqa heç kim “paralel quruluş”la (Dövlət içində dövlət) mübarizə apara bilməz.

 Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının keçmiş rəisi İlker Başbuğ deyib.

 “Ərgənəkon və Balyoz kimi davalar Türkiyə və Silahlı Qüvvələrinə qarşı təşkil edilən təxribat idi. Açıq deməliyəm ki, Ərdoğandan başqa heç kim “paralel quruluş”la mübarizə apara bilməzdi. Dövlətin damarlarına qədər nüfuz edən və bu gün Türkiyənin başına bəla olan “paralel quruluş” 2007-ci ildə hərəkətə keçdi. 2011-ci ildə ilk dəfə çevrilişə cəhd etdi. 17-25 dekabr çevriliş planları uğurla nəticələnsəydi, indi Türkiyənin İran kimi bir Xameneisi olacaqdı”, - Başbuğ bildirib.






Fikirlər