Akıncı hərbi hava BAZASI bağlanacaq

“Akıncı hərbi hava bazası bağlanacaq

Türkiyənin baş naziri Binəli Yıldırım mühüm açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, Qazan meydanında baş nazir xalqa müraciət edib. B.Yıldırım Akıncı hərbi hava bazasının bağlanacağını bəyan edib. O, “Qazan meydanından hamıya elan edirəm. Xainlərin yuva qurduğu o xain Akıncı bazası bağlanacaq. Ora şəhidlərimizin xatirəsinin yad ediləcəyi yer halına gətiriləcək”,-deyib.

Baş nazir onu da əlavə edib ki, bəzi hərbi qərargahlar da ləğv ediləcək : “Ankarada və İstanbulda tankların çıxdığı, vertolyotların havaya qaldırıldığı bütün kazarmaları bağlayırıq. Millətin üzərinə tank aparanlar bundan sonra tankları tapmayacaqlar. Orada Ankara əhalisinin vaxt keçirəcəyi gözəl məkanlar olacaq. Tankların Ankaranın, İstanbulun içində nə işi var? Düşmən Ankarada, İstanbulda deyil. Düşmənin olduğu yer məlumdur”- deyə bildirib.






Fikirlər