İraq baş nazirindən şok Türkiyə açıqlaması - Müharibə proqnozu verdi

“İraq baş nazirindən şok Türkiyə açıqlaması - Müharibə proqnozu verdi

Türkiyənin İraqdakı hərbi əməliyyatları daha bir il uzatması ilə bağlı iki ölkə arasında gərginlik son həddə çatıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraqın baş naziri Haydar el Abadi bu gün dövlət televiziyasına açıqlamasında bölgədə yeni savaş ola biləcəyi ilə bağlı mesaj verib: “Türkiyə tərəfinə İraqın daxili işlərinə qarışmaması ilə bağlı dəfələrlə xəbərdarlıq etdik. Qorxuram ki, türk macərası regionda müharibəyə yol aça bilər”.

Xatırladaq ki, daha əvvəl İraq məclisi Türkiyə Silahlı Qüvvələrinin İraqda əməliyyatları daha bir il uzatması ilə bağlı bu ölkəni “işğalçı” adlandırmışdı.

Daha sonra hər iki ölkə səfirləri XİN-ə çağırmışdı.






Fikirlər