Alman "demokratiyası": erməni yalanına qarşı çıxdı, cəzalandı

4 ay öncə Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" ilə bağlı layihənin əleyhinə səs verən Xristian Demokrat Birlik Partiyasından (CDU) olan yeganə deputat Bettina Kudlanın gələn il keçiriləcək ölkə səsverməsində namizədliyi irəli sürülməyib.

AzerTaym.az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Belə ki, ümumi səsvermədə Leypziq-Nord bölgəsindən onun yerinə olimpiya çempionu 48 yaşlı Jens Lehman namizəd olaraq göstərilib.

Mətbuat Kudlanın seçilməməsini onun cəzalandırılması şəklində şərh edib.

Qeyd edək ki, 2 iyunda qondarma "erməni soyqırımı" ilə bağlı Almaniya Bundestaqında keçirilən səsvermədə Bettina Kudla yeganə deputat olaraq qətnamənin əleyhinə səs vermişdi.






Fikirlər