“Sən kimsən ki, bizi sanksiyalarla qorxudursan?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin heç kim sanksiyalarla qorxuda bilməz.

Belə ki, o,Türkiyədə edam cəzasının bərpası halında Avropa İttifaqının Ankaranın üzvlüyü ilə bağlı dialoqun ləğvi haqqında Avropa Parlamentinin sədri Martin Şultsun sözlərinə münasibət bildirib.
“Bəzi qüvvələr Türkiyəyə təzyiq etmək üçün əlindən gələni edirlər. Ankaranı sanksiyalarla qorxudurlar. Amma bizi bununla heç kim qorxuda bilməz. Sən kimsən ki? Bizə kim istəyirsə qarşı çıxa bilər, lakin biz bütün xəyanətkarların izinə düşüb cəzalandıracayıq. İlk növbədə Avropa Parlamentinin və Avropa Şurasının binasını "terroristlər tərəfdarları"ndan təmizləməliyik. Təkcə PKK-nı terrorist təşkilatı kimi tanımaq kifayət etmir. Terrorçulara dəstək olanlarla, onlarla əlbir olub aləmi bir-birinə qatanlarla mübarizə aparmaq lazımdır. Bu gün Almaniyada, Fransada, İsveçrədə və Niderlandda çox rahat və açıq aydın PKK-nı dəstəkləyənlər azadlıqda gəzir. Türkiyə xalqının taleyini qərb həll edir?
Əgər ölkənin parlamenti edam cəzasını bərpa edəcəksə, mən prezident olaraq bu qərara hə deyəcəm.Biz bütün terror təşkilatlarının üzvlərini, tərəfdaşlarını üzə çıxaracayıq və ədalətli şəkildə onlara hökm oxuyacayıq.”-deyə, Ərdoğan bildirib. 
İnterpress.az






Fikirlər