Qasım Süleymani PKK lideri ilə görüşüb

CwuymEAXgAABcGe

İraq Kürdüstanının Demokrat Partiyasına yaxın “Basnews” qəzeti, adının çəkilməsini istəməyən bir mənbəyə istinadən “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin terrorçu PKK liderlərindən olan Cəmil Beyklə görüşü haqda xəbər dərc edib. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İraqın Süleymaniyə əyalətindən baş tutan görüşdə, Qasım Süleymani Cəmil Beykdən PKK-nın Səncardakı yaraqlılarının Mosulun azad edilməsi əməliyyatına qatılmalarını istəyib. Yayılan məlumatlara əsasən Qasım Süleymani Cəmil Beykə bildirib ki, əgər PKK yaraqlıları sözü gedən əməliyyatda iştirak etsə, İranda bunun qarşılığında PKK-ya hərbi və maddi yardımını artıracaq. Görüşdə, həmçinin Süleymani PKK qruplaşmasının İranın nüfuzu altında olan bölgələrdə fəaliyyətini genişləndirməyini tələb edib.

Qeyd olunur ki, bu görüş, İraqın mərkəzi hökumətinin Bağdadda siyasi və hərbi bir bazanın yaradılmasına şərait yaratmasından sonra müxtəlif qrupların yardımı ilə keçirilib.

İraq Nəcibləri Şiə Hərəkatının rəhbəri Əkrəm Kəəbi isə jurnalistlərə açıqlamasında Qasım Süleymaninin bir neçə vaxt əvvəl İraqda olmasından xəbər verib.

Xatırladaq ki, Qasım Süleymani bu il, oktyabrın 23-də İraqın Süleymaniyyə Əyalətinə səfər edərək, ötən il İŞİD-in bir intihar hücumunda öldürülən Kürdüstan Vətənpərvərlər İttifaqından olan Hüseyn Mənsurun ailəsinə baş çəkmişdi. /GünAzTV

 






Fikirlər