Dəmirtaşın müavini də həbs edildi

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın müavini həbs olunub.

 AzerTaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sədr müavini Aysel Tuğluk bu gün Ankara Şəhər Prokurorluğunun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunan sədr müavini Diyarbəkirə göndəriləcək.

Qeyd edək ki, indiyə kimi Səlahəddin Dəmirtaş daxil olmaqla partiyanın təxminən 15-ə yaxın üzvü həbs olunub.

 






Fikirlər