Dünyanı qarışdıran şəxs agent çıxdı - Moskvada İŞLƏYİB

Dünyanı qarışdıran şəxs agent çıxdı - Moskvada işləyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqədar gizli məlumatları ortaya çıxaran şəxs keçmiş ingilis agentidir.

Publika.az xəbər verir ki, bu haqda “Forbes” jurnalı yazıb.

Nəşrin yazdığına görə, 52 yaşındakı Kristofer Steel adlı keçmiş MI6 (İngiltərənin Xarici Kəşfiyyat Xidməti - red,) agenti hazırda Londonda “Orbis” adlı xüsusi təhlükəsizlik şirkətini idarə edir.

Jurnal onun 1990-cı ildə İngiltərənin Moskva səfirliyində ikinci katib olaraq çalışdığını, ancaq kəşfiyyatda MI6 agenti olaraq tanındığını yazıb.

İlk dəfə CNN-nin ortaya atdığı xəbərə görə, rus səlahiyyətliləri Trampı şantaj edəcək məlumatlara sahibdir. 32 səhifəlik hesabatda Trampun seçki qərargahının prezident seçkisi kampaniyası dövründə ruslarla yaxın təmasda olduğu iddia edilib.

Lakin həm Tramp, həm də Kreml bu iddiaları rədd edib.






Fikirlər