Arnold Şvarsneger Trampa: “Bəlkə iş yerlərimizi dəyişək?” - VİDEO

Arnold Şvarsneger Trampa: “Bəlkə iş yerlərimizi dəyişək?” - Video

ABŞ Prezidenti Donald Trampla  dünya şöhrətli aktyor və Kalifornoyanın keçmiş respublikaçı qubernatoru Arnold Şvarsneger arasında yenidən qalmaqal yarandı. 

Musavat.com nytimes.com-a istinadən xəbər verir ki,  Tramp fevralın 2-də Milli Dua Səhər Yeməyi zamanı Şvarsnegerin aparıcısı olduğu NBC kanalının "Apprentice” (Usta köməkçisi) proqramı reytinqlərinin düşməsindən bəhs edərək deyib: "Onlar mənim əvəzimə böyük aktyor Arnold Şvarznegeri işə götürdülər və biz gördük ki, nəticə necə oldu. Reytinqlər düşdü və bu faciədir. Arnold üçün dua edirəm ki, reytinqləri yüksəlsin".
 "Apprentice” (Usta Köməkçisi) proqramını 14 il ərzində Tramp həm aparmış, həm də onun yapımçısıdır. Prezident seçkiləri kampaniyası başladıqdan sonra Tramp istefa verib və proqramın yeni aparıcısı Şvarzneger təyin edilib. Bazar ertəsi  günü  (30 Yanvar 2017) proqramın 15-ci sezonunun ilk bölümü yayımlandı və reytinqlərin aşağı  düşməsini Tramp Şvarznegeri  yenidən araya qoyaraq danışıb. Belə ki, bu məsələ barədə Tramp yanvar ayında tvitter hesabından düşən reytinqlər barədə danışmışdı və Şvarznegerin "bataqlığa batdığını"nı bildirmişdi. Aktyorun isə cavabı belə olmuşdu: "Sənə uğurlar arzulayıram. Ümid edirəm ki, Amerika xalqını da reytinqlər üçün mübarizə apardığını kimi idarə edəcəksən." 
 Şvarznegerin mətbuat sözcüsü Daniel Keçel (Daniel Ketchell) ABC News-a verdiyi müsahibədə bildirib ki, Arnold  tarix boyu ən pis prezident olan Tramp üçün dua edir ki, işini ciddiyə alaraq və səylə çalışaraq öz reytinqini yüksəltsin. 
 Qeyd edək ki, Şvazeneger seçim kampanyası zamanı Trampı dəstəkləməyəcəyini bildirmişdi. Trampın 7 müsəlman ölkəsindən gələn mühacirlərin ölkəyə girişini qadağan etmək qərarına da qarşı çıxanlardan biri olub. 
 NYtimes.com yazır ki, Ağ evin mətbuat katibi Sin Spayserə cümə axşamı keçirdiyi brifinqdə jurnalistlər "nəyə görə Tramp Milli Dua günündə reytinqlər barədə danışıb", sualını ünvanlayıblar. Spayser "Prezident bunu nəşəli an kimi dəyərləndirib. Əgər onun qeydlərinə diqqət etsəniz görərsiniz ki, onlar çox gözəldir", deyib. 
 Məlumat üçün deyək ki, Milli Dua Səhər yeməyi 1953-cü ildən Fellouşip Fondu (Fellowship Foundation) tərəfindən təşkil edilir  və Konqres üzvlərinin komitəsi ev sahibliyi edir. Fellouşip Fondunun verdiyi məlumata görə ənənəvi səhər yeməyində hər il siyasətçilər, iş adamları və din xadimləri cəmiyyətlərini üzvləri də daxil olmaqla təxminən 3000 nəfər iştirak edir. 
 
 
 
 
 


 






Fikirlər