Prezidentdən maraqlı aksiya – Hər bir ailəyə 20 CÜCƏ PAYLANIR

bitmap-img6

Özbəkistanın Zəfərabad rayon rəhbərliyi hər bir aztəminatlı ailəyə 20 cücə paylayır

 

Rayon administrasiyasının əməkdaşı deyir ki, sponsor vəsaitləri hesabına alınan cücələr insanlarda toyuqçuluğa maraq yaratmaq üçün pulsuz paylanır.
Bu barədə AzadlıqRadiosunun Özbəkistan xidmətinə yerli evdar qadınlardan biri məlumat verib.
O, bunu təsdiqləmək üçün özbək xidmətinə pulsuz cücələrin fotosunu da göndərib: “Dünən mhəlləmizin ağsaqqalı və iki nəfər maşınla bizə gələrək 20 cücə verdilər və dedilər ki, onları böyüdün, həmişə evinizdə yumurta olacaq. Bunu hakimiyyət hədiyyə edib”.
Qadının sözlərinə görə, qalan aztəminatlı ailələrə də pulsuz cücələr paylanıb.
Zəfərabad rayon rəhbərliyinin nümayəndəsi Kadır Rizaev də Azadlığın müxbirinə məlumatı təsdiqləyib: “Hazırda bizdə 257 belə ailə var. Onların hər birinə 20 cücə paylayırıq. Bu cücələri sponsor hesabına Qallyaralsk rayonundakı “Sanqzor-Parranda” toyuq fabrikindən gətirir və hakimiyyətin göstərişi ilə aztəminatlı ailələrə paylayırıq. Əsas məqsəd insanlarda toyuqçuluğa maraq yaratmaq və onlara maddi kömək etməkdir”.
Amma o, sponsorun kimliyinə aydınlıq gətirməkdən boyun qaçıırb.
Kadırov deyib ki, hər bir aztəminatlı ailənin 100 toyuqla təmin edilməsilə bağlı hökumət proqramını yerinə yetirmək üçün Zəfərabad rayon rəhbərliyi yerli sakinlər arasında təbliğat aparır. Onun sözlərinə görə, hazırda banklar toyuqçuluq, maldarlıq və limonçuluqla məşğul olmaq üçün insanlara 9 faizə 7,5 milyon sum kredit buraxır.
Amma bir neçə sakinin AzadlıqRadiosuna dediklərinə görə, yerli sakinlərin heç də hamısı bu krediti almağa tələsmir.
İşsiz müəllim Zeydulla Razzakov hesab edir ki, işsiz adamın kredit götürməsi çox təhlükəlidir: “Mən bu krediti hansı pulla qaytaracam? 100 toyuq saxlamaq elə də asan iş deyil. Onlara yem, saxlamaq üçün yer lazımdır. Əgər toyuqlar hansısa xəstəlikdən qırılsa, onda krediti necə bağlayacam?Əgər bu pula mal-qara alsan ona da yem lazımdır. Onların kökəlməsinə isə azı bir il vaxt lazımdır.Əgər insanların bu krediti 3 ildən sonra ödəməyə başlamasına icazə versəydilər, onda riskə getmək olardı”.
Qeyd edək ki, kənd yerlərində hər bir ailənin 100 toyuq saxlaması ideyasını prezident Shavkat Mirziyaev bu yaxınlarda Karakalpak regionuna səfəri zamanı vermişdi.
Prezident hesab edir ki, bu ölkədə yoxsulluğa son qoyacaq.
Prezident həmin vaxt yerli hakimiyyətlərə bu göstərişin həyata keçirilməsini, banklara isə insanlara kredit buraxmağı göstəriş vermişdi.






Fikirlər