05.09.2014- Qubalılar Moskvanın topdansatış meyvə-tərəvəz bazarını ələ keçirir

05.09.2014-  Qubalılar Moskvanın topdansatış meyvə-tərəvəz bazarını ələ keçirirMoskvanın, hətta Avropanın ən iri topdansatış meyvə-tərəvəz bazası hesab olunan “Pokrovka”nın Orxan Zeynalov və Biryulevo hadisələrinə görə bağlanmasından sonra Rusiya paytaxtında topdansatış ərzaq bazarı Azərbaycandan olan iki yəhudi milyarderin nəzarətinə keçir.

Virtualaz.org saytı xəbər verir ki, iki gün əvvəl Moskvada mer Sergey Sobyaninin iştirakı ilə ilk müasir topdansatış ərzaq bazası açılıb.

“Food City” adlı nəhəng bazanın tikintisini Qubanın Qırmızı qəsəbəsindən olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev həyata keçiriblər. Bazanın sahəsi 800 min kvadratmetrə, yəni 80 hektara yaxındır.
“Food City” Kalujsk şosesində, Moskva Dairəvi Yolunun 900 metrliyində yerləşir. Mer Sobyanin deyib ki, bu cür unikal texnologiyaya və iri miqyasa malik olan aqroklasterin-topdansatış ərzaq bazasının istifadəyə verilməsi Rusiyada topdansatış ərzaq ticarətinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.
05.09.2014-  Qubalılar Moskvanın topdansatış meyvə-tərəvəz bazarını ələ keçirir
Bazanın mülkiyyətçisi Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” Qapalı Səhmdar Cəmiyyətidir. “Food City” anbar komplekslərindən və ofis-mehmanxana binalarından ibarətdir. Orada meyvə-tərəvəzin və ətin birbaşa yük maşınlarından topdansatışı həyata keçiriləcək.

S.Sobyanin bildirib ki, Moskvada cəmi 4 belə aqroklaster açılması planlaşdırılır. Açılış mərasimində Qod Nisanov deyib ki, artıq baza Azərbaycan və Türkiyədən meyvə-tərəvəz təchizatçıları ilə razılaşmalar əldə edib. Bu ölkələrdən topdansatış bazasına ərzaq malları daşınır. O, satıcılara öz mallarını satmaq üçün bütün şəraitin yaradıldığını da bildirib.

Qod Nisanov və Zarah İliyev prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovun biznes ortaqlarıdır. Ötən il “Pokrovka” bazarı bağlananda Moskvada çoxları hesab edirdi ki, bu işin arxasında Nisanov və İliyevin, o cümlədən Rəhimovun biznes maraqları dayana bilər.






Fikirlər