Putinlə Mahmud Abbas bu gün görüşəcək - SOÇİDƏ

5912feccc36188053b8b4633

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Rusiya Prezidenti Vladimir Putin Soçidə Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək. Abbas Soçiyə Vaşinqton səfərindən sonra təşrif buyurur.

Məlumdur ki, bir həftə bundan əvvəl Mahmud Abbas Donald Trampla görüşüb. Bundan sonra ABŞ Prezidenti İsrail və Fələstin arasında sülh müqaviləsinin bağlanması məqsədilə danışıqlar prosesinin işə salındığını bəyan edib. Görünür, məhz sözügedən sülh müqaviləsinin parametrlərinin müzakirə oluması məqsədilə Abbas Putinlə görüşür.

Xatırladaq ki, Barak Obama da İsraillə Fələstini barışdırmaq cəhdləri göstərmişdi. Amma onun səyləri heç bir nəticə vermədi – yəhudi məskənlərinin salınması məsələsinə yönəlik Vaşinqtonun etirazları fonunda Obama ilə Netenyahu arasında münasibətlər tezliklə korlandı.

Bu arada, İsraildə ABŞ-ın yeni rəhbərliyinə böyük ümidlər bəslənir. Amma Suriyaya raket zərbələri endirməklə, Tramp dünyaya göstərdi ki, onun davranışları proqnoza gəlməzdir.

Putinlə Abbasın bu görüşü çərçivəsində, telekörpü vasitəsilə, Vifleyemdə rus mədəniyyət mərkəzinin açılışı da planlanır.






Fikirlər