ABŞ-dan İŞİD təhlükəsi xəbərdarlığı gəldi

ABŞ-dan İŞİD təhlükəsi xəbərdarlığı gəldiAmerika Birləşmiş Ştatları dünya ölkələrinə İŞİD təhlükəsilə bağlı xəbərdarlıq edib.

ANS-in məlumatına görə, ABŞ-ın xəbərdarlığında bildirilir ki, İŞİD-ə qarşı mübarizə koalisiyasına daxil bütün ölkələr terrorçuların hədəfi ola bilər.

ABŞ-ın Xarici İşlər Nazirliyi tərəfindən yayılan xəbərdarlıqda bu təhlükənin koalisiyanın İŞİD-ə qarşı antiterror əməliyyatından sonra daha çox aktuallaşdığı bildirilir.

Qeyd edək ki, İŞİD terror təşkilatı tərəfindən də dünya mətbuatına müraciətdə bəzi ölkələrdən dəstək istənilib. Müraciət əsasən Orta Şərq, Şimali Afrika, Avropa və Asiya ölkələri olmaqla, bütün dünyaya ünvanlanıb. Müraciətdə İŞİD dəstək istəyib.






Fikirlər