Kərkük ətrafında 35 kənd azad edildi – İRAQDAN HƏMLƏ

754d1ac74be54a5f5fb551408e868267

İraqın Kərkük şəhərinin cənub-qərbindəki Haviya bölgəsində 35 kənd terrorçulardan azad edilib.

Bu barədə məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn Axar.az-a verib.

Haviya Qurtuluş Ordusunun komandiri general-leytenant Əbdül Əmir Rəşid əl-Yarallahın sözlərinə görə, antiterror qüvvələrinin keçirdiyi əməliyyatın ikinci mərhələsində yaşayış əraziləri terrorçulardan tam azad edilib.

Xatırladaq ki, antiterror əməliyyatları bir neçə gün öncə start götürmüşdü.

  

 






Fikirlər