Kreml təsdiqlədi: Putin Sərkisyanı QƏBUL EDƏCƏK

Ermənistan Prezidenti Serj Sərkisyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək.

Axar.az xəbər verir ki, Kremlin mətbuat xidməti prezidentlər arasında aparılan danışıqlarda əsas müzakirə mövzusunun ikitərəfli dostluq münasibətlərinin inkişafı, Avrasiya İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər olacağını bildirib.

Kreml danışıqlardan sonra hər iki dövlət başçısının Tretyakovski qalereyasında Ermənistanın Rusiyadakı mədəniyyət günlərinin rəsmi açılış mərasiminə qatılacağını bildirib.






Fikirlər