ABŞ Ərdoğanın ÇIXIŞINI “AXMAQLIQ” adlandırdı

ABŞ Ərdoğanın çıxışını “axmaqlıq” adlandırdı

ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauret Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rza Zərrabla bağlı çıxışını “axmaqlıq” adlandırıb.

Publika.az xəbər verir ki, sözçü brifinqdə verdiyi açıqlamada Vaşinqtonun Türkiyəyə oyun qurması iddiasını yalanlayıb.

O, Ərdoğanın “ABŞ 15 iyulda çevriliş cəhdləri hazırladı, alınmadığına görə Rza Zərrabla bizə zərbə vurmağa çalışdı” iddiasına sərt cavab verib: “Biz Türkiyədən eyni şeyi daha əvvəl də eşitdik. Hamısı eyni hekayədir. Daha öncəki açıqalamamı təkrarlayacam. Bizim Türkiyəyə qarşı bir çevriliş cəhdi niyyətində olduğumuz axmaq iddiadır. Bəzi insanlar daha sonra peşman olacaqları sözlər deyirlər”.

Ölkələrarası münasibətləri evliliyə bənzədən H.Nauret bu münasibətlərin zaman-zaman təlatüm yaşaya biləcəyini deyib. O, Türkiyəni NATO-nun güclü, Amerikanın dəyərli müttəfiqi adlandırıb.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana qarşı maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Türkiyə vətəndaşı Rza Zərrabın ABŞ-da keçirilən məhkəməsinin ölkəsinə qarşı təşkil edilmiş oyun olduğunu demişdi.






Fikirlər