Myanma hökuməti 16 MƏSCİDİ buldozerlə DAĞITDIRDI

Myanma hökuməti müsəlmanların zorakılığa məruz qalaraq qovulduğu Arakanın əyalətinin Mauqdav rayonunda 16 məscidi buldozer altına verərək söküb.

Avropa.info xəbər verir ki, “Weekly English News” kanalına danışan şahidlərin sözlərinə görə, noyabr ayının sonundan dekabrın əvvəlindəki müddətədək 17 məsciddən 16-ı sökülüb. Kəndlilər evlərindən sonra məscidlərin yandırıldığını, hökumətin bunun qarşısını almaq üçün heç nə etmədiyini bildirib. Bölgədə qalan son məscidin də eyni aqibəti yaşaması qorxusu var.

Məscidlərdən başqa mülki adamlara da hücumlar davam edir. 7 dekabrda Paktoda arakanlı müsəlmanların qaldığı düşərgədə səbəbi məlum olmayan yanğın çıxmışdı. Napura kəndində isə Myanma təhlükəsizlik qüvvələrinin müsəlmanlara məxsus 4 evi yandırdığı deyilir.

 






Fikirlər