Melaniya Tramp AĞ EVİN həyətindəki 200 illik AĞACLARI kəsdirir
Ağ Evin həyətyanı sahəsində yerləşən, 19-cu əsrdə ABŞ prezidentləri tərəfindən əkilən ağaclar kəsilir. AzerTaym.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci ledi, Melaniaya Trampın qərarı ilə prezident iqamətgahının həyətində olan yaşlı ağaclar kəsilməyə başlayıb. "Həmin ağaclar çox təhlükəlidir. Hər an aşa və insanlara xəsarət yetirə bilər. Mən bunu Ağ Ev sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edirəm"-deyə Melaniya Tramp bildirib. Ağ Evin rəsmi açıqlamasına görə, ABŞ-ın 7-ci prezidenti olmuş Endrü Cekson tərəfindən 1835-ci illərdə əkilən maqnoliyalar hazırda istifadəsiz və təhlükəli vəziyyətdə olduqları üçün kəsilir. Bu günə qədər ağacları xüsusi konstruksiyaların dəstəyi ilə saxlayıblar. “Ağacların kökləri saxlanılacaq və yerlərində yenidən maqnoliyalar əkiləcək”,- deyə Ağ Evdən bildirilib. “Fox News” telekanalının məlumatına görə, Donald Tramp və birinci ledinin Ağ Evdə bu cür yeniliklər etməsi, tarixi önəm daşıyan əşyalara, bitkilərə zərər verməsi yerli əhalini hiddətləndirib.