Yeni kral qərar verdi: dünya neft bazarı silkələndi

Yeni kral qərar verdi: dünya neft bazarı silkələndiSəudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səudun qərarı dünya birjalarına ciddi təsir göstərib.

Milli.az Rusiya KİV-lərinə istinadən bildirir ki, yeni kral "qara qızılın" istehsal həcminin saxlanılması barədə qərar qəbul edib. Bu qərar bu gün dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ilə nəticələnib.

Brent markalı neftin qiyməti 0,51 dollar ucuzlaşaraq 1 barreli 48,28 dollar olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının VI kralı Abdulla ötən həftə 91 yaşında dünyasını dəyişib. Onun taxt-tacı qardaşı Salmana keçib.






Fikirlər