TRAMP ABŞ prezidentlərinin reytinqində AXRINCI YERDƏDİR

Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yerdədi

Politoloq alimlər arasında aparılan sorğuya görə, Donald Tramp ABŞ prezidentlərinin illik tarixi reytinqində sonuncu yeri tutub.

AzerTaym.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Hyuston və Boyse universitetləri mütəxəssislərinin keçirdikləri illik sorğuda Amerika Siyasi Elmlər Assosiasiyasının prezident seksiyasının üzvləri olan 170 ekspert iştirak edib. Reytinq prezidentlərin tarixdə rolu baxımından 0-100 ballıq şkala üzrə hesablanıb.

Siyahıda birinci yerdə 95,03 reytinqlə Avraam Linkolnun adı olub. Ondan sonra Franklin Ruzvelt, Teodor Ruzvelt, Tomas Cefferson, Harri Truman, Duayt Eyzenhauer dayanıb. Reytinqdə ilk yeddi yer bu sorğu ilk dəfə keçirildiyi 2014-ci ildən etibarən dəyişməz qalır. Səkkizinci yerdə 71 balla Barak Obama olub. O, əvvəlki sorğu ilə müqayisədə 10 pillə irəliləyib. Donald Tramp 12,34 balla sonuncu yerdə olub.

Bazar ertəsi ABŞ-da federal bayram - Prezidentlər Günü qeyd edilib.






Fikirlər