Təcavüz Rusiyaya baha başa gələcək

Təcavüz Rusiyaya baha başa gələcəkABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Teleqraf.com-un “Röyters”ə istinadən məumatına görə, prezidentlərin söhbəti bir qədər gərgin və sərt olub. Obama telefon danışığı zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzü davam etdirməsinin ona baha başa gələcəyini bildirərək Vladimir Putinə xəbərdarlıq edib.

Obamanın sözlərinə görə, Moskva hələ də Donbasa silah, maliyyə vəsaitləri və hərbçiləri göndərir.

Qeyd edək ki, bundan əvvəl Barak Obama və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyəti və atəşkəsə dair aparılan danışıqları müzakirə ediblər. “Prezident Obama dinc sakinlər arasında qurbanların sayının artması ilə bağlı Poroşenkoya başsağlığı verib və sülh danışıqlarını tam dəstəklədiyini bildirib”, deyə Ağ Ev bildirib.

Bundan başqa tərəflər Rusiyanın sentyabrda Minskdə üzərinə götürdüyü öhdəliklərinin icra etməli olduğunu qeyd ediblər.






Fikirlər