AVROPANIN ƏN VARLI ADAMInın adı AÇIQLANDI- - SƏRVƏTİ 70,7 MİLYARD DOLLARdır...

Avropanın ən varlı adamı “Louis Vuitton Moёt Hennessy” şirkətlər qrupunun prezidenti Bernan Arno olub.

Bu barədə Trend “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Bernan Arno ən varlı insanların dünya reytinqində isə dördüncü yerdədir. Onun sərvəti 70,7 milyard dollar təşkil edir.

Avropa reytinqində Arnonun ardınca “Indıtex” şirkətinin yaradıcısı və sabiq prezidenti ispaniyalı Amansio Ortequ gəlir.

Dünya reytinqdinin ilk üçlüyünə həmçinin “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos, “Microsoft”un yaradıcısı Bill Geyts və amerikalı sahibkar Uorren Baffett daxildirlər.

Related image

 

 






Fikirlər