Dünyanın ƏN ZƏNGİNləri - SİYAHI

Related image

Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb.

"AzerTaym.az"-ın bildirdiyinə görə Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nüfuzlu “Forbes” jurnalının açıqladığı siyahıya ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edib. Hazırda С.Bezosun sərvəti 93,1 milyard dollar təşkil edir.
Siyahıda ikinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (89,9 milyard dollar) qərarlaşıb. Amerikalı sərmayəçi Uorren Baffet isə 80,6 mlrd. dollarla üçüncü yerdədir.Dünyanın ən zəngin dördüncü adamı “Zara” brendinin sahibi Amansio Orteqa (77,9 mlrd. dollar) hesab edilib. Beşliyi 73,8 mlrd. dollar sərvətə malik olan “Facebook”un yaradıcısı Mark Tsukerberq tamamlayır.

 






Fikirlər