Nemtsovun qətli avroparlamentdə müzakirə olunacaq – Bütün izlər Kadırova aparır

Nemtsovun qətli avroparlamentdə müzakirə olunacaq – Bütün izlər Kadırova aparırAzPolitika.info «Exo Moskvı» radiosuna istinadən xəbər verir ki, bu gün Avropa parlamenti Rusiyalı müxalif siyasi xadim Boris Remtsovun qətlini müzakirə edəcək. Yekunda deputatlar cinayət üzrə müstəqil beynəlxalq araşdırma aparılması barədə bəyanat qəbul edəcəklər.

Bu fonda cinayət üzrə yeni-yeni versiyalar üzə çıxmaqdadır.

«Novaya qazeta»nın təsdiq etdiyi kimi artıq Nemtsovun qətlinin sifarişçisi barədə məlumat var. Qəzetin iddiasına görə, hələ ötən həftənin ortalarında hüquq-mühafizə orqanları prezident Putinə qətlin bəzi iştirakçılarının və sifarişçisinin adı barədə məlumat veriblər. Sifarişçi, istintaqın bəyan etdiyi kimi, «Sever» çeçen batalyonunun komandir müavini Zaur Dadayev deyil.

«Novaya qazeta»nın yazdığına görə, sifariçi Ruslan adlı birisidir və iddia edilir ki, bu şəxsin soyadı Rusiya güc strukturlarında çoxlarına tanışdır. Ruslan da nə vaxtsa «Sever» adlı batalyonda xidmət keçib.


Qəzet onun soyadını səsləndirməsə də, bəzi bloqerlər güman edirlər ki, söhbət Ruslan Qeremeyevdən gedir.
Onun dayısı Rusiya Federasiya Şurasında Çeçenistandan seçilmiş senatordur, digər yaxın qohumu – deputat Adam Delimxanovdur. Bir dayısı (əmisi) isə Çeçenistanın güc strukturlarında yüksək vəzifə sahibidir.


Bütün bu şəxslər Çeçenistanın başçısı Ramzan Kadırova yaxınlıqları ilə tanınırlar. Bu səbəbdən də qəzetin yazdığına görə, kadırovçularla güc strukturları arasında ciddi qarşıdurma yaşanmaqdadır. Ona görə də ehtimal edilir ki, istintaqın taleyini İstintaq Komitəsi və FTX yox, şəxsən prezident Vladimir Putin özü həll edəcək.






Fikirlər