ƏRDOĞANın reytinqi QALXIR

Türkiyədə prezident və parlament seçkiləri ərəfəsində seçki hüquqlu vətəndaşların ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğana dəstəyi 1 faiz artaraq, 48,1 faiz təşkil edib.

Oxu.Az xəbər verir ki, “Gezici” sosioloji mərkəzinin apardığı ictimai rəy sorğusunun nəticələri bunu göstərir.

Növbədənkənar seçkilərdə seçki büllitenlərində Ərdoğandan savayı, ana müxalifət partiyası olan CHP-dən Məhərrəm İncə, kürdyönümlü HDP-dən Səlahətdin Demirtaş, “Yaxşı” partiyasından Meral Akşener, “Səadət” partiyasından Temel Karamollaoğlu və “Vətən” partiyasından Doğu Perinçekin adı qeyd olunub.

Müxalifətdən olan əsas namizəd - İncənin reytinqi bir həftə ərzində 27,8-dən 29,1 faizə qədər qalxıb.

Akşener isə əksinə 2,7 faiz geriləyib. Onun vətəndaşlar arasında etimad göstəricisi 11,4 faizə düşüb.






Fikirlər