CHP parçalanmaya doğru: İLK ADDIM ATILDI - BÖHRAN...

Türkiyənin ən böyük müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasında (CHP) eks-prezidentliyə namizəd Muharrem İnce tərəfdarları növbədənkənar qurultay keçirilməsi üçün fəaliyyətə başlayıb.

 Modern.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, bu gün mətbuat konfransı keçirən CHP-li millət vəkili Yaşar Tüzün bunun üçün imza toplanılmasına başanıldığını bildirib.

Onun sözlərinə görə Muharrem İnce cəbhəsindən rəsmi açıqlama gəlib və tərəfdarları növbədənkənar qurultayın keçirilməsi üçün imza toplanmasına start veriblər.

 “Növbədənkənar qurultay tələb edirik. İmzalar toplanmağa başlanıldı” – Tüzün bildirib.

 Qeyd edək ki, prezident seçkilərində ikinci yeri tutan CHP-li namizəd Muharrem İnceə partiyaya rəhbərlik etmək üçün təklif verib. O, partiya rəhbəri Kemal Kılıçdaroğlu ilə yeməkdə ona özünün partiya sədri, Kılıçdaroğlunun isə fəxri başqan olmasını təklif edib. Mətbuata açıqlamasında bu barədə danışan İnce “özü razılaşmasa, partiya lazım olanı edəcək” ifadəsini işlədib.






Fikirlər