TÜRKİYƏ MÜXALİFƏTİ prezidentliyə NAMİZƏDLƏRİNİ açıqlayıb

 

Türkiyə müxaifəti gələn ay keçiriləcək erkən seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət aparacaq namizədlərini seçib.

Əsas müxalif CHP partiyası Ərdoğanın sərt tənqidçisi sədr müavini Muharrem İncenin namizədliyini irəli sürüb.

Ankarada partiya tərəfdaşlarının qarşısında çıxış edən İnce partiya nişanını çıxarıb, onu Türkiyə bayrağı ilə əvəz edib.

“Mən 80 milyon insanın, sağçıların və solçuların, ələvilərin və sünnlərin, türklərin və kürdlərin prezidenti olacağam. Mən bitərəf prezident olacağam,” o deyib.

Muharrem Ince
Muharrem Ince

54 yaşlı sabiq fizika müəllimi CDP lideri Kemal Kılıçdaroğlunun seçimidir. O, bir çox kütlələrə yaxın bir namizəddir.

Onun həmçinin sosial media ilə yaxşı münasibəti var. O, Ərdoğandan sonra Twitterdə ən çox izləyicisi olan insandır. Onun namizədliyi açıqlanandan sonra Twitterdə #İNCEdenDemokrasiGelecek heşteqi altında trend başlayı və dünyada ikinci ən çox istifadə olunan heşteqə çevrilib.

15 ildir heç bir seçkidə məğlub olmayan Ərdoğan İncenin mənsub olduğu dünyəvi CHP-ni din əleyhinə partiya olaraq təsvir edir. Türkiyədə seçkilər Ramazan ayında keçiriləcək.

İnce isə mühafizəkar seçiciləri cəlb etmək məqsədilə İncə hər sübh oruc başlamadan öncə saat 1:30-da onlarla görüş keçirəcəyinə söz verib.
Siyasi müşahidəçilər iddia edir ki, İnce qalib olmaq şansı əldə etmək istəyirsə, Ərdoğana loyal mühafizəkar dindar elektoratı cəlb etməlidir.

Muharrem Ince
Muharrem Ince

Tənqidçilər iddia edir ki, CHP bitərəf, mühafizəkar namizəd seçməli idi.

Öz 25 faizlik daimi elektoratından kənarda heç bir dəstək kütləsi olmayan prezidentliyə namizəd seçən Türkiyənin əsas müxalifət partiyası CHN bird aha sbüut etdi ki, onlar seçkidə qalib gəlmək istəyi yoxdur, deyə Türkiyə siyasətini işıqlandıran mühafizəkar yazıçı Mustafa Akyol Twitter hesabında yazıb. 

Ancaq CHP dindar seçiciləri cəlb etmək üçün addımlar atıb. Prezident seçkisi ilə birlikdə keçiriləcək parlament seçkiləlrindən öncə CHP islamçı Səadət Partiyası ilə seçki paktı imzalayıb.

Temel Karamollaoğlu

Rəcəb Tayyib Ərdoğan və Təməl Karamollaoğlu
Rəcəb Tayyib Ərdoğan və Təməl Karamollaoğlu

Səadət partiyasının lideri Temel Karamollaoğlu prezidentliyə namizədliyini irəli sürüb. Səadət partiyası parlamentdə təmsil olunmadığı üçün Karamollaoğlu 100,000 dəstək imzası toplamalıdır. CHP lideri Kılıçdaroğlu isə yaxşı niyyət jesti olaraq, partiya üzvlərini Karamollaoğlunun nominasiyasını dəstəkləməyə çağırıb.

Onun Karamollağonun nominasiyasını dəstəkləməsinin səbəbi olaraq İncənin mühafizəkar seçiciləri Ərdoğandan çəkib, onların səslərini qazana bilmək şansının yüksək olması görülür.

Kürd seçicilər

Lakin ən çox şansı olan Türkiyənin kürd seçiciləridir. Onlar elektoratın təxminən 20 faizini təşkil edir.

Cümə günü Türkiyənin ikinci ən böyük müxalifət partıyası kürd-tərəfdarı HDP həbsdə olan sabiq başçısı Selahattin Demirtaşın namizədliyini irəli sürüb. Onun namizədliyi İstanbul və Diyarbakırda eyni zamanda keçirilən tədbir zamanı elan olunub. “Təqiblərə baxmayaraq ürəkləri mənimlə bir döyünən milyonlarla insanın qürurlu mövqeyi onu göstərdi ki, 6 milyon insanın yerləşəcəyi həbsxana hücrəsi hələ ki, tikilməyib. Mən burada sizin adınıza azadlıq, demokratiya, bərabərlik və ədalət dəyərlərini təmsil etməyə çalışdım,” deyə Demirtaş bəyanatında bildirib. Bəyanatı Diyarbakırda tərəfdarları önündə HDP lideri Pərvin Buldan oxuyub.

Demirtaş 2016-ci ildə çevriliş cəhdihdən sonra elan olunan fövqəladə vəziyyət çərçivəsində terror ittihamları səbəbilə 100 illik həbsə məhkum oluna bilər.

Seçki qanunlarına əsasən, Demirtaş həbsdə olsa da, onunla bağlı hökm çıxanadək seçkidə iştirak edə bilər. İyunun 8-də Demirtaş məhkəməyə çıxarılacaq. Prokurorların həmin gün hökmün çıxarılmasını tələb edəcəkləri gözlənilir.

Təhlilçilər deyir ki, digər müxalifər partiyaları HDP-ni parlament seçkilərində seçki ittifaqına daxil etmədikləri üçün, Demirtaşın prezident seçkisindən kənarlaşdırılması HDP seçicilərinin boykotuna səbəb ola bilər.
“Kürdlər və HDP açıq şəkildə ittifaqdan kənar tutulub. Sözün açığı, müxalifət bunu etməklə hər kəsə göstərir ki, onların kürdlərə qarşı mövqeyi AKP-dən çox az fərqlidir,” deyə Cengiz Aktar söyləyib.

CHP Demirtaşın toxunulmalığının lehinə səs verərək, onun həbsinə yol açıb. Amma İnce bunun əleyhinə səs verən bir neçə millət vəkilindən biri idi. HDP tərəfdarları isə onun bu addımını alqışlamışdı.

HDP səslərin 10 faizini təşkil etdiyi üçün, Ərdoğanı məğlum etmək istəyən hər hansı namizəd onların dəstəyini qazanmalıdır.

Tənqidçilər isə ki, müxalif partiyalar güclü namizədlər irəli sürdüyü üçüm, Ərdoğan ilk dəfə olaraq böyük rəqabətlə üzləşir.






Fikirlər