İtkin düşən alpinistin meyiti 31 İL SONRA TAPILDI - Üzərindən bunlar çıxdı

İtkin düşən alpinistin meyiti 31 il sonra tapıldı - Üzərindən bunlar çıxdı

Avropanın ən yüksək zirvəsi Elbrus dağında (5.642 m) itkin düşən alpinistin meyiti 31 il sonra tapılıb.

36 yaşında itkin düşən alpinist Yelena Baskinanın ölümündəki sirrin üstü bu həftə açılıb.

Bir qrup turist Elbrus dağının 4 min metrliyində donmuş qadın meyiti tapıblar. Meyitin üzərindən Yelena Baskinanın SSRİ pasportu və 1987-ci ildə 10 aprel tarixinə alınmış təyyarə bileti çıxıb.

Yelena Baskina 6 alpinistlə birlikdə həyatını itirsə də, ailəsi illərcə onun qaçırıldığı ya da əsir saxlandığını güman ediblər.

Yelenanın anası həyatdan köçüb. Rusiya mediasına müsahibə verən qohumu isə "Yelenanı 31 ildir ki, gözləyirdik" - deyib.

"Komsomolskaya Pravda" qəzeti bir zamanlar Moskvada araşdırma universitetində işləyən və subay olan Baskinanın həyatındakı ən böyük eşqin dağlar olduğunu yazıb.

metbuat.az






Fikirlər