Fələstin səfiri ABŞ-dan qovuldu

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar günü, sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əlavə səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.

Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsində öz hesabında “Amerika xalqına” müraciət ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.






Fikirlər