Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi? – Türkiyənin SİYASİ GEDİŞİ

Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi? – Türkiyənin SİYASİ GEDİŞİ

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluqda öldürüldüyünü etiraf edib. Oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna gələn Qaşıqçının yoxa çıxması bütün diqqəti Ər-Riyadın üzərinə yönəltsə də, kral ailəsi hadisə ilə əlaqəsinin olduğunu təkzib edirdi. Təxminən 18 gün sonra Ər-Riyaddan etiraf gəldi və hər kəs bu etirafın niyə edildiyi sualı üzərinə düşünür.

Publika.az xəbər verir ki, “haber7” saytı Türkiyənin atdığı addımların Səudiyyənin cinayəti etiraf etməyə məcbur olmasına səbəb olduğunu yazıb.


Türkiyə çox ağıllı yol izlədi. Əvvəlcə Səudiyyədən Qaşıqçının ardınca gələn 15 nəfərlik qrupun bütün görüntüləri mediaya verildi. Cinayəti törətməyə gələn qrupu İstanbula gətirən təyyarə, qrupun hava limanından çıxışı, konsulluğa girişi və digər detalların hamısı ictimaiyyətə açıqlandı. Sui-qəsd qrupunun bütün üzvlərinin adları, görüntüləri bir-bir ortaya çıxarıldı. Gələnlərin turistlər yox, Qaşıqçını öldürmək üçün xüsusi muzdlular olması bütün dünyada səs-küyə səbəb oldu. Beləliklə, Ər-Riyad rejiminə cinayəti etiraf etməsi üçün təzyiqlər edildi. Hadisə ilə bağlı aparılan cinayət işində ciddi informasiyalar xarici, xüsusilə ABŞ mediası ilə yayımlandı. Konsulluq və qrupun qaldığı oteldə aparılan araşdırmalarda Qaşıqçının öldürüldüyünə dair ciddi dəlillər əldə olundu. Dünya liderləri ard-arda hadisəyə sərt reaksiya verdilər. Qlobal təzyiq Səudiyyəni küncə sıxışdırdı və 18 gün sonra Ər-Riyad Qaşıqçının konsulluqda “dava nəticəsində” öldürüldüyünü etiraf etdi”, - deyə sayt yazıb.

Sayt qeyd edir ki, indi əsas sual Qaşıqçının cəsədinin harada olmasıdır.

“Röyters” Səudiyyədəki mənbələrinə istinadən yazır ki, sui-qəsdçilər öldürülən jurnalistin cəsədini qətli sifariş edənlərə təhvil vermiş ola bilərlər. Qaşıqçının cəsədinin hissələrə parçalanaraq ölkədən çıxarıldığı ehtimalı da ön plandadır. Hazırda cəsədin taleyi ilə bağlı araşdırma aparılır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi