Tehranda kütləvi İSTEFALAR BAŞLADI - Siyahıda İranın Türkiyədəki SƏFİRİ DƏ VAR

Tehranda kütləvi istefalar başladı

İranda təqaüdçülərin dövlət qulluğunda fəaliyyət göstərməsini qadağan edən qanun layihəsinin qüvvəyə minməsi ilə ölkədə bir çox vəzifəli şəxs istefa verib.

 “DHA” verdiyi xəbərə görə, istefa verənlər arasında İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian Fard da var.

Qeyd edək ki, yeni qanunun qəbulundan sonra dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib. 

İstefa verən prezidentin qadın köməkçisi Şahindoht Molaverdi yazılı açıqlamasında Milli Məclisin qəbul etdiyi qanun layihəsini sərt şəkildə tənqid edib. 

 

Bundan başqa, 31 vilayətdən 14-nün valisi də istefa verib. 






Fikirlər