"Siyasi cübbəli terrorçu"

"Siyasi cübbəli terrorçu"Türkiyənin məşhur "Akşam" qəzetinin baş redaktoru Murad Kelkitlioğlu PKK-nın siyasi qolu HDP-nin sədri Səlahaddin Demirtaşı sərt şəkildə ittiham edib.


Avropa.info xəbər verir ki, Murad Kelkitlioğlu Demirtaş haqqında "siyasi cübbəli terrorçu" ifadəsini işlədib. Baş redaktor yazısında Demirtaşın əslində bir terrorçu olduğunu qeyd edib.

"Kobanini bəhanə edərək insanları küçəyə tökən, 50-dən çox kürd vətəndaşın ölümünə səbəb olan sanki o deyil. Suruçda 32 nəfərin qətlə yetirilməsindən sonra "kürd xalqı öz təhlükəsizliyini özü qorusun" deyən sanki o deyil. Demirtaş bir alçaq axtarırsansa, get güzgüyə bax."

Jurnalist həmçinin Demirtaşın cinayət məsuliyyətinə cəlb olunmasını da tələb edib.

"Bu günə qədər ağzından çıxan militarist çıxışlar səbəbilə çox böyük acılara səbəb olduğun üçün səndən hesab istəyəcək istəyəcək prokurorlar da çıxacaq. Bu yazım cinayət məsuliyyəti üçün əsas ola bilər."






Fikirlər