“Bu, Moskva üçün fəlakətdir” – Saakaşvili

“Bu, Moskva üçün fəlakətdir” – SaakaşviliMüavinim Mariya Qaydar Rusiyanın təbliğat kampaniyasına qarşı ən böyük vasitə olacaq.

Azertaym.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatına açıqlamasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib. O, Qaydarın Ukrayna vətəndaşı olmasına münasibət bildirib: “Mariya Qaydar böyük bir nəslin nümayəndəsidir və onun vətəndaşlıqdan imtinası Rusiya üçün böyük fəlakətdir”.

Qeyd edək ki, Mariya Qaydar Rusiyanın məşhur dövlət xadimi, siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. O, “Exo Moskvı” radiosunun jurnalisti və ictimai fəaldır. Ötən ay Saakaşvili onu sosial məsələlər üzrə müavini təyin edib. Poroşenkonun sərəncamı ilə Mariya Qaydar Ukrayna vətəndaşı olub






Fikirlər