Putin Kral Abdullah və Sisi ilə görüşəcək...

Putin Kral Abdullah və Sisi ilə görüşəcək...Rusiya prezidenti Vladimir Putin 25 avqustda İordaniya Kralı II Abdullahla, 26 avqustda Misir prezidenti Abdülfəttah əl-Sisi ilə görüşəcək. Daha sonra Putin 2 sentyabrda İkinci Dünya Müharibəsində Çin ordusunun yapon qüvvələrinə qarşı qazandığı zəfərin 70-ci ildönümü mərasimlərinə qatılmaq üçün Pekinə gedəcək.

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kremldən edilən rəsmi açıqlamada Kral Abdullah və Putinin Suriya böhranı başda olmaq üzrə Orta şərqdə yaşanan problemlər, regional və beynəlxalq problemlər ilə terror təşkilatı olan İŞİD-lə mübarizəni müzakirə edəcəkləri bildirilib. İki lider İordaniyada istehsalı planlaşdırılan ilk nüvə stansiyası ilə əlaqədar ilkin dəyərləndirmələr də aparacaq.

Rus nüvə enerji şirkəti “Rosatom”un İordaniyada ortaq inşa edəcəyi ilk nüvə stansiyanın 2020-ci ilə qədər tamamlanması planlaşdırılır. İordaniyanın enerji ehtiyacının 15 %-ini qarşılayacaq stansiya 5,4 milyard dollara başa gələcək.

Rusiya və İordaniya arasında siyasi əlaqələrin nizamlı bir şəkildə inkişafına toxunan Kremlin, İordaniya Kralı Abdullahın 2001-ci ildən bu yana Rusiyaya 12-ci ziyarətini edəcəyinə diqqət çəkib. Kral Abdullah son dəfə 2 oktyabr 2014-cü ildə Rusiyanı ziyarət etmişdi.

Kremlin Misir prezidentinin səfəri ilə əlaqədar açıqlamasında isə, ticarət və iqtisadi məsələlərin ələ alınacağı bildirilib. Yaxın Şərq və Şimali Afrikadakı hadisələrin əhatəli müzakirəsi planlaşdırılarkən, hərbi sahədə edilən razılaşmalar da müzakirəyə qoyulacaq.






Fikirlər