Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı artır. Yenisabah.az xəbər verir ki, bu gün Ermənistanda daha 62 yoluxma qeydə alınıb. Beləliklə, yoluxanların ümumi sayı 1401 nəfərə çatıb.

Yoluxmanın getdikcə kütləviləşməsi rəsmi İrəvanı fövqəladə vəziyyət rejimini daha 30 gün artırmağa məcbur edib. Məlumat üçün deyək ki, pandemiya ilə əalqədar elan edilmiş 1 aylıq fövqəladə rejimi aprelin 14-də başa çatmışdı.

Maraqlıdır ki, fövqəladə vəziyyət rejimi tətbiq edilməsinə baxılmayaraq Ermənistan infekisyanın yayılmasının qarşısını ala bilmir. Ekspertlər bunu ölkənin acınacaqlı sosial-iqtisadi vəziyyəti ilə izah edirlər. Onların fikrincə, Ermənistan vətəndaşları maliyyə qənaətlərinin olmaması üzündən yaşayış vasitələri tapmaq üçün evlərini tərk etmək məcburiyyətində qalırlar. Hətta sərt qadaöalar belə, onları bu addımdı atmaqdan çəkindirmir. Bu isə yeni yoluxmalara səbəb olur.






Fikirlər