NATO: Əfqanıstanda öldürülən hərbçi Gürcüstan kontingentinin əsgəri olub

NATO: Əfqanıstanda öldürülən hərbçi Gürcüstan kontingentinin əsgəri olub

 

Əfqanıstanda silahlı hücum nəticəsində öldürülən NATO hərbçisinin milliyyətcə gürcü olduğu məlum olub. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, məlumatı NATO və Gürcüstan rəsmiləri təsdiqləyiblər.
 
Gürcü əsgəri paytaxt Kabildan şimalda yerləşən Baqram hava bazası yaxınlığında baş vermiş toqquşma zamanı öldürülüb.
 
NATO-nun məlumatına görə, ilin əvvəlindən bəri Əfqanıstanda alyansın 9 hərbçisi ölüb. 

 






Fikirlər