BMT qətnamələrini vecinə almayan işğalçı Ermənistana daha 10 MİLYON DOLLAR ayırdı...

BMT Yaşıl İqlim Fondu  - “Green Climate Fund” meşələrin bərpası, yeni fidanların alınması və meşələrin qorunmasından ötrü müasir texnologiyaların tətbiqi üçün Ermənistana 10 milyon dollar ayırır.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu barədə ətraf mühit naziri Romanos Petrosyan öz "Facebook" səhifəsində  yazıb. 
O qeyd edib ki, fond Ermənistanın müraciətini təsdiqləyib və bu vəsaiti qrant şəklində təmin edəcək. Həmin pulun bir hissəsi kənd yerlərində alternativ enerji mənbələrinin inkişafına yönəldiləcək.
Erməni nazirin sözlərinə görə, bu proqram yalnız həyati əhəmiyyətli ekoloji problemləri həll etmir. Onun sayəsində işğalçı ölkənin bölgələrdə yüzlərlə iş yeri açılacaqdır. Proqramın ümumi dəyəri 18,7 milyon dollardır, bunun 10 milyon dolları  göstərilən qrantdır, qalan hissəsi dövlət büdcəsindən ayrılacaqdır.
P.S.  BMT, digər beynəlxalq qurumlar kimi, bir daha çoxüzlülüyünü göstərdi: 30 ilə yaxındır Azərbaycanın işğal altındakı torpaqlarından qoşunlarını qeyd-şərtsiz çıxarması barədə Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini qulaq ardına vuran, üstəlik, Qarabağdakı digər sərvətləri ilə yanaşı, meşələrimizi də kəsib-doğrayan, talan edən, daşıyan, bu gün də qəsbkar niyyətlərindən əl çəkməyən təcavüzkar ölkəyə milyonlar ayırır...
Sultan Laçın






Fikirlər