Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT
Türkiyədə son sutka ərzində koronavirusdan 61 nəfər dünyasını dəyişib, 1 519 nəfər isə virusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 506-ya, yoluxanların sayı isə 302 867-yə yüksəlib. Son 24 saat ərzində 1116 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 266 117-yə çatıb. Ölkədə 29 244 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1 456-sının vəziyyəti ağır qiymətləndirilir.