Ermənilər Fransada türklərə hücum etdi - VİDEO

Ermənilər Fransada türklərə hücum etdi - Video

Hərbi müstəvidə məğlubiyyətini həzm edə bilməyən Ermənistan Avropaya səpələnən ermənilər vasitəsilə “qoca qitə”də destablizasiya yaratmağa başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu gün Fransanın cənub qərbində yerləşən İsere şəhərində yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar. Lion və Marsell şəhərlərinə gedən yolda tıxac yaranıb. Tıxacda qalanlarla aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. 

Bununla kifayətlənməyən 300-400 civarında olan erməni aksiyaçıları işə gedən türklərə hücum ediblər. Nəticədə biri ağır olmaqla, dörd nəfər türk əsilli Fransa vətəndaşı yaralanıb. Ağır yaralanan şəxs dərhal xəstəxanaya aparılıb. Bildirilir ki, ermənilər hücum etdikləri türkləri dəyənəklərlə vəhşicəsinə döyüblər.






Fikirlər