Türkiyədə daha 114 nəfər koronavirusdan öldü

Türkiyədə daha 114 nəfər koronavirusdan öldü

Türkiyədə son gün ərzində koronavirusdan 114 nəfər vəfat edib.

  Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 3-də yoxlanış məqsədilə götürülən 222 847 testdən 6602-i müsbət çıxıb. Sutka ərzində 8540 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 139 993 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1219 nəfərdir.

Yenisabah.az






Fikirlər