Moskvanın COVİD-19 BƏLASI: Bir gündə 106 ÖLÜM...

Moskvada pandemiya qurbanlarının sayı 8 minə çatır | KONKRET

Rusiya paytaxtı COVID-19-un əsas mərkəzi olaraq qalmaqdadır.

 “RİA Novosti” xəbər verir ki, son gün ərzində Moskvada 1.385 koronavirus xəstəsi xəstəxanalara yerləşdirilib, 735 nəfər süni tənəffüs aparatlarına qoşulub.

Bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Ümumən son gündə Moskvada 6.557 yeni yoluxma qeydə alınıb. 5.648 xəstə sağalıb və sağalmış insanların ümumi sayı 1.188.188 nəfərə yüksəlib.

Rusiya paytaxtında 106 COVID-19 xəstəsi ölüb.

Moskvada daha 16 nəfər koronavirus qurbanı oldu






Fikirlər