RUSİYANIN UKRAYNADAKI İTKİLƏRİ AÇIQLANDI - Ruslar bu şəhərin də yarısını işğal etdi (Yenilənib)

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayevka, Novopavlovsk və Şirokoye yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemi, iri çaplı artilleriya və minaatanlarla atəşə tutublar.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Qara və Azov dənizlərindəki qasırğa nəticəsində lövbərdən iki mina qopub və güclü dalğa nəticəsində minalardan biri Odessa sahillərinə çatıb. Mütəxəssislərin fikirincə, mina sualtı qayığı zədələyib. Məlumata görə, digər mina isə Ukrayna hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Bildirilib ki, Ukraynanın müdafiəçiləri tərəfindən son sutkada Donetsk və Luqansk istiqamətində rəqibin 9 hücumunun qarşısı alınıb. Rusiyanın 2 tankı, 13 artilleriya sistemi, 8 zirehli döyüş maşını və 6 avtomobili məhv edilib. Məlumata əsasən, Rusiya hərbi qüvvələri Xerson, Nikolayevsk vilayətlərində hərbi texnika ilə yanaşı 70-ə yaxın canlı qüvvə itirib.

 

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasınınümumi  sayı da məlum olub.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahndanı bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 361 ədəd tankı, 3 343 ədəd zirehli döyüş maşını, 659 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 94 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 120 qanadlı raketi, 2 290 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 519 ədəd dronu, 120 qanadlı raket və 49 ədəd xüsusi texnikası məhv edilib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında isə bildirilir ki, Rusiya quru əməliyyatlarını diqqətdə saxlayır.

“Mayın 30-31-də Severodonetsk şəhərinin küçələrində döyüşlər şiddətlənib. Rusiya qoşunları şəhər mərkəzinə yaxınlaşıb. Həmçinin Rusiya qoşunları şəhərin yarıdan çoxunu işğal ediblər. Rusiya Donbasdan kənarda infrastruktura qarşı uzaqmənzilli raket zərbələri endirməkdə davam edir”, - məlumatda qeyd olunub.






Fikirlər