Son həftə COVID-ə qlobal yoluxma artıb ...

Son həftə COVID-ə qlobal yoluxma artıb

Son bir həftədə dünyada koronavirusa yoluxma halları 18% artıb.

 

Yenisabah.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) həftəlik epidemioloji bülletenində deyilir.

Şərqi Aralıq dənizi regionunda koronavirusa yoluxma halları 47%, Avropada 33%, Cənub-Şərqi Asiyada 32% və Amerika qitəsində 14% artıb. Eyni zamanda, Afrika və Qərbi Sakit Okean ölkələrində xəstələnmə nisbəti müvafiq olaraq 39% və 3% azalıb.

Cəmi bir həftə ərzində dünyada 4,1 milyondan çox COVID-19 hadisəsi aşkar edilib.

Koronavirusdan ölümlər Şərqi Aralıq dənizi regionunda 22%, Cənub-Şərqi Asiyada 15%, Amerika qitəsində 11% artıb. Qərbi Sakit Okean hövzəsində 6%, Avropada 5% və Afrikada 1% ölüm nisbətində azalma müşahidə olunub.

Ümumən bir həftə ərzində dünyada COVID-19 infeksiyası səbəbindən təxminən 8,5 min ölüm qeydə alınıb

Pandemiyanın bütün dövrü ərzində dünyada 541 milyondan çox koronavirusa yoluxma halı və xəstəliyin nəticələrindən 6,3 milyondan çox ölüm halı aşkar edilib.






Fikirlər