Moskva regionda nəzarəti gücləndirmək üçün bu üsula əl atır


  
 Rusiya və digər xarici mətbuat orqanlarında Gürcüstanın "Qafqaz Online” telekommunikasiya şirkətinin Azərbaycanın "Azeronline BM" şirkətini almaq niyyətinin olması ilə bağlı məlumatlar yayılıb. Azərtaym.az AzNews.az-a istinadən məlumatına görə, iddia olunur ki, Rusiyanın telekommunikasiya şirkəti "VimpelCom" Gürcüstanın "Qafqaz Online” şirkətini almaq üçün işlər aparır. 
Gürcüstanın "Rezonansi" qəzeti bildirir ki, yaxın günlərdə Gürcüstanın Milli Rabitə Komissiyası "Qafqaz Online” və "VimpelCom" şirkətlərinin birləşdirilməsi ilə bağlı danışıqlar aparılır. 
Məlumata görə, ilkin məlhələdə şirkətin hissələrinin 5% -nin alınması nəzərdə tutulur. Məsələ ilə bağlı Rusiya şirkəti məlumat verməsə də, "Qafqaz Online”-nin təsisçisi Mamiya Sanadiradze şirkətlər arasında danışıqlar aparıldığını təsdiqləyib.
"Azeronline BM" şirkətindən isə bildirildi ki, “Gürcüstanın "Qafqaz Online” telekommunikasiya şirkətinin Azərbaycanın "Azeronline BM" şirkətini almaqda maraqlı olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Hesab olunur ki, Rusiya bu razılaşmanı imzalamaqla 1200 kilometr uzunluğunda internet şəbəkəsinə nəzarəti həyata keçirmək şansı artacaq. Bu kabel vasitəsi ilə Gürcüstan Azərbaycana və Ermənistana internet ötürülür. 


"Qafqaz Online" şirkətinin internet ötürdüyü region
Kabel Qara dənizin dibi ilə 2008-ci ildə "Qafqaz Online" şirkəti tərəfindən çəkilib. Məlumata görə, bu kabel vasitəsilə Ermənistan 85%, Azərbaycan 50%, Gürcüstan 55% internetlə təmin edilir. 
Şirkətlərin razılaşması Rusiyanın Avropanı və Asiyanı bir-birinə bağlayan kabelləri nəzarətə alması ilə nəticələnə bilər. Bu isə Rusiyanın bütün telefon zəngləri və yazışmalarını nəzarət etməyə imkan verəcək. Bunu "Qafqaz Online” şirkətinin təsisçisi Mamiya Sanadiradzedə təsdiqləyib. Rusiyanın bu imkandan özünün siyasi məqsədləri üçün istifadə edə biləyəcəyini desək yanılmarıq. Çünki Rusiyanın keçmiş post-sovet ölkələrini hələ də öz nəzarətində saxlamağa can atır. Rusiya bu imkandan istifadə etməklə regiona təsir gücünü daha da artıra bilər. 


Mamiya Sanadiradze - "Qafqaz Online” şirkətinin təsisçisi
Proseslər Qafqaz regionunda baş verdiyi üçün bu razılaşma Azərbaycan üçün dəböyük əhəmiyyət təşkil edir. Çünki bir ölkənin telefon danışıqlarının dinləniləməsi onun milli təhlükəsizliyinə böyük təhlükə yarada bilər. 
Rusiya və Gürcüstan şirkətlərinin razılaşması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Amma nazirlik göndərdiyimiz sorğuya cavab vermədi. 






Fikirlər